Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Masallı rayon Təşkilatının VIII konfransı keçirilmişdir

30 may 2013 | 15:00

29 may 2013-cü il tarixdəYAP Masallı rayon təşkilatının VIII Konfransı keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzmüşlər.

Sonra Konfrans Masallı rayon Gənclər Mərkəzində davam etdirilmişdir. YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyevin sədrliyi ilə keçən konfransda Masallı rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, Millət vəkili Nəriman Əliyev, YAP Mərkəzi Aparatının məsul işçisi Mirkamal Seyidov və konfrans nümayəndələri iştirak etmişlər.

YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev məruzə ilə çıxış edərək bildirmişdir: Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, yüksək nəaliyyətlər  Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının Sədr olduğu Yeni Azərbaycan Partiyasının bilavasitə fəaliyyəti ilə bağlıdır.

Hər birimizə yaxşı məlumdur ki, tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişaf etdirilməsi, demokratiyanın bərqərar olması ilə baglı əsas rolu öz üzərinə götürmüşdür.

Yeni Azərbaycan Partiyasının hakimiyyətdə olduğu illər ərzində ölkə həyatında əhəmiyyətli dəyişikliklər müşahidə olunmuş və hər bir vətəndaşın yaşayış səviyyəsində  ciddi irəliləyişlər baş vermişdir.

Bu gün qürur hissi ilə qeyd etməliyik ki, artıq Yeni Azərbaycan Partiyasının sıralarında 600 mindən artıq vətəndaşımız birləşir. Bu təkcə statistika deyil: Bu həm də vətəndaşlarımızın Azərbaycanın bu günkü reallığına verdiyi qiymət və Möhtərəm Prezidentimiz, Partiyamızın Sədri İlham Əliyev cənablarının həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə olan münasibətlərinin ifadəsidir.

Yeni Azərbaycan Partiyasının qabaqcıl dəstələrindən olan Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı üzvləri də ötən dövr ərzində rayonumuzun ictimai-siyasi həyatında yaxından iştirak edib, aparılan abadlıq-quruculuq işlərində fəallıq göstərmişlər. Belə ki, bu dövr ərzində rayon təşkilatı mükəmməl şəkildə təşkilatlanmış, işini günün tələbləri səviyyəsində quraraq yüksək nəticələr əldə etmiş və partiya üzvlərinin sayının 7993 nəfərdən 8985 nəfərə çatmasına nail olmuşdur.Ötən dövr ərzində partiya sıralarına 992 nəfər daxil olmuş və onlardan 341 nəfərini qadınlar, 525 nəfərini gənclər təşkil etmişdir.

Konfransda iştirak edən YAP İdarə Heyətinin üzvü Kərim Kərimov ümummilli lider Heydər Əliyevin  və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 90 illik yubileylərinin respublikamızda təntənə ilə qeyd edildiyini vurğulayaraq  Ulu Öndərlə bağlı xatirələrini danışmışdır. K.Kərimov hazırda YAP üzvlərinin 600 mini ötüb keçdiyini, partiya fəallarının ölkəmizin ictimai-siyasi həyatında oynadığı mühüm rolu vurğulayaraq, regionların sosial- iqtisadi inkişafının sürətlə davam etdiyini, bölgələrimizin günü-gündən dəyişdiyini diqqətə çatdırmışdır.

Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov ölkəmizin son dərəcə çətin sınaqlar qarşısında qaldığı bir vaxtda yaranan Yeni Azərbaycan Partiyasının rolundan ətraflı bəhs etdi: “YAP-ın hakimiyyətdə olduğu illərdə Azərbaycanın iqtisadiyyatı inkişaf etmiş, bütün sahələrdə əhəmiyyətli dəyişikliklər baş vermişdir. Ölkəmizin hər bir vətəndaşının həyatında, yaşayış səviyyəsində ciddi irəliləyişlər əldə olunmuşdur. Azərbaycan bölgəmizin ən güclü dövlətinə çevrilmişdir. Azərbaycanın uğurları yalnız bölgənin güclü dövlətinə çevrilməsi ilə məhdudlaşmır. Ölkəmiz eyni zamanda beynəlxalq aləmdə yeri və rolunu artırmışdır.”

Konfransda Yeni Azərbaycan Partiyasının V Qurultayına nümayəndələr seçilmişdir.

 

Keçidlər