Şriftin ölçüsü :

Saytın rəngi :

İslam həmrəyliyi radikalizm və terrorizmə qarşıdır

05 sentyabr 2017 | 16:00

05 sentyabr  2017-ci il tarixdə Azərbaycan Prezident İlham Əliyevin 27 noyabr 2014-cü il tarixdə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndərmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı almış Masallı rayonu Eminli kənd  məscidi dini icmasında “İslam həmrəyliyi Azərbaycan kontekstində” adlı layihə çərçivəsində “İslam həmrəyliyi radikalizm və terrorizmə qarşıdır” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin əməkdaşı Kamil Bağırov, Eminli kənd məscidi dini icmasının sədri Rəbbi Kərimov, dindarlar, gənclər, ziyalılar və ağsaqqallar iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov dini radikallığa meyllərin qarşısının alınmasında islam həmrəykiyinin rolundan danışıb. M.Bədirov islam həmrəyliyinin milli mənsubiyyətindən asılı olmayaraq hamını birliyə səslədiyini bildirib. Daha sonra natiq Prezident İlham Əliyevin 2017-ci ili ölkəmizdə “İslam Həmrəyliyi İli” elan etməklə  islam dünyasını dini radikalizm və ekstremizm təhlükəsindən qurtulmağın mümkünlüyünü diqqətə çatdırıb.
DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırov  Eminli kənd məscidi dini icmasının sədri  Rəbbi Kərimov, ziyalı Ənvər Kərimov və başqaları çıxış edərək dini radikalizmin və ekstremizmin milli kimliyimizə qarşı yaratdığı təhdidlərdən danışıblar.
Tədbir işini iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə davam etdirilib.

Keçidlər