SIQDAŞ KƏNDİ ƏRAZİSİNDƏ SƏYYAR GÖRÜŞ-QƏBULU
Masallı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu 6 sentyabr 2017-ci il tarixdə Sığdaş kəndinə keçirilmişdir.
Sığdaş ərazi vahidi Xanalion, Babakücə və Ninalov yaşayış məntəqələrini əhatə edir. Ərazidə orta məktəb, həkim məntəqəsi, 1 EATS, 1 poçt və 1 kitabxana fəaliyyət göstərir.
Sığdaş kənd tam orta məktəbinin həyətində təşkil olunmuş görüşü Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov açaraq əhalini salamlamış, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmiş və sentyabrın 3-də Prezident İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsindən irəli gələn vəzifələrdən danışmışdir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov geniş nitqində rayonda müasir kənd təsərrüfatının bütün sahələri ilə bağlı söhbət aparmışdır. Onun geniş və hərtərəfli şərhi, tövsiyə və məsləhətləri sakinlərdə böyük maraq yaratmışdır. Sonra rayon rəhbəri əhalidən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
Əmək veteranı Mirbağır Bağırov, Xeyrulla Əliyev, Pakizə Qurbanova, İsa İsayev, Şirvan Şahmarov, Əkrəm Cabbarov və başqaları çıxış edərək son vaxtlar Masallı rayonunda və Sığdaş kəndi ərazisində görülmüş işləri təqdir etmiş, kənd təsərrüfatı işləri ilə bağlı məsələlərdə xahişlərini bildirmiş, kənd əhalisi adından ölkə Prezidenti cənab İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıq ifadə etmiş, həmçinin təkliflərini səsləndirmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov görüşü yekunlaşdırmışdır. Rayon rəhbəri verilən təkliflərin nəzərə alınacağını qeyd etmiş, aidiyyatı idarə və müəssisələrə tapşırıqlar vermişdir.
kəndi ərazisində görülmüş işləri təqdir etmiş, kənd təsərrüfatı işləri ilə bağlı məsələlərdə xahişlərini bildirmiş, kənd əhalisi adından ölkə Prezidenti cənab İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıq ifadə etmiş, həmçinin təkliflərini səsləndirmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov görüşü yekunlaşdırmışdır. Rayon rəhbəri verilən təkliflərin nəzərə alınacağını qeyd etmiş, aidiyyatı idarə və müəssisələrə tapşırıqlar vermişdir.