Şriftin ölçüsü :

Saytın rəngi :

MOLOLON KƏNDİNDƏ YENİ MƏKTƏB BİNASI İSTİFADƏYƏ VERİLDİ

15 sentyabr 2017 | 16:00

15 sentyabr 2017-ci il tarixdə Masallı rayon Mahmudavar ərazisində, Mololon kənd ümumi orta məktəbi üçün tikilmiş yeni məktəb binasının açılışı mərasimi olmuşdur.

Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə Masallı rayon Təhsil şöbəsinin müdiri Tariyel Əkbərov açaraq qeyd etmişdir ki, yeni məktəb tədrisinin səviyyəsini daha da yüksəldəcək, dərs şəraitini xeyli yaxşılaşdıracaq. Kənd ağsaqqalı Bəxtiyar Nəsirov həmkəndlilərini, müəllim və şagird kollektivini təbrik edib yeni məktəb binasına görə ölkə başçısına və onun xanımına dərin minnətdarlıq bildirdi.
Valideyn Mətanət Rzayeva, Mololon kənd ümumi orta məktəbinin direktor əvəzi Ağamməd Şənmədov  və baçqaları çıxış edərək bildirdilər ki, belə layihələrin uğurlu həlli dövlət başçısının təhsilimizə daimi qayğısından, rayon rəhbərinin əhali ilə əməli vəhdətindən qaynaqlanır.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov yeni məktəb binasının açılışı münasibətilə tədbirə toplaşanları salamlayıb diqqətə çatdırdı ki, bu Bilik bayramının sevincindən Azərbaycanın bütün ailələrinə pay düşür. Sizin hamınızı təbrik edirəm! Natiq fərəhlə dedi ki, rayonda məktəb tikintisinə son illər xüsusi diqqət var. 98 məktəbdən 50-ə yaxını yenidən tikilib, ya da əsaslı təmir olunub. Bundan 20-i son dörd ilin payına düşür. Mololonda layihənin həyata keçirilməsi sevindirci haldır. Bundan sonra bu gün daha 2 kənddə-Meşəkənarı kəndində yeni məktəb və Kolatan kəndlində uşaq bağçası və körpələr evinin, belə tədbirin reallaşğını açıqlayan sözçü hamının adından Prezident cənab İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, layihənin icraçıları olan inşaatçılara minnətdarlıq ünvanladı.
  Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.
Sinif otaqlarına baxış keçirildi. 80 yerlik  Mololon kənd ümumi orta məktəbində 48 şagird təhsil alacaq. Məktəbdə sinif otaqlarıı, direktor və müəllimlər otağı və s. mövcuddur. Məktəb istilik sistemi, su xətləri və sanitar qovşaqları ilə təchiz olunmuşdur.

Keçidlər