Şriftin ölçüsü :

Saytın rəngi :

Masallının Kolatan kəndində uşaq bağçası istifadəyə verildi

15 sentyabr 2017 | 16:00

15 sentyabr "Bilik Günü" Masallının Kolatan kəndində  uşaq bağçası-körpələr evi istifadəyə verilib.

Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov dövlətin uşaqlara qayğısından danışıb. Son illər respublikada məktəbəqədər tərbiyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə diqqətin xeyli artırıldığını bildirən icra başçısı bağçanın kollektivini əlamətdar hadisə münasibətilə təbrik edib.
Tədbirdə Kolatan kənd  uşaq bağçanın müdiri Xəyalə Sadıqova,  kənd ağsaqqalı Xanhüseyn Musayev, valideyn Sevda Abdullayeva və başqaları çıxış edərək, yaradılan şəraitə görə möhtərəm Prezident cənab İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, rayon rəhbərinə minnətdarlıqlarını çatdırıblar.
Masallı şəhər 1 və 3 nömrəli uşaq bağçası-körpələr evinin balaca fidanlarının ifasında Vətəni tərənnüm edən şeirlər səslənib.
Daha sonra açılışı bildirən rəmzi qırmızı lent kəsilib və uşaq bağçası ilə tanışlıq olub.
Qeyd edək ki, Kolatan uşaq bağçası-körpələr evi birmərtəbəli bina bir neçə qrupdan ibarət 80 uşaq üçün nəzərdə tutulub. Burada metodika və tibb otaqları, həmçinin yeməkxana, camaşırxana və s. uşaqların ixtiyarına verilib.

Keçidlər