Şriftin ölçüsü :

Saytın rəngi :

MEŞƏKƏNARI KƏNDİNDƏ YENİ MƏKTƏB BİNASI İSTİFADƏYƏ VERİLDİ

15 sentyabr 2017 | 16:00

15 sentyabr 2017-ci il tarixdə Masallı rayon Təzə Alvadı inzibati ərazi  dairəsinin Meşəkənarı kənd  ümumi orta məktəbi üçün tikilmiş yeni məktəb binasının açılışı mərasimi olmuşdur.

Bu münasibətlə düzənlənən tədbiri giriş sözü ilə Masallı RTŞ-nin müdiri Tariyel Əkbərov açdı. Natiq qeyd etdi ki, yeni məktəb tədrisin səviyyəsini daha da yüksəldəcək, dərs şəraitini xeyli yaxşılaşdıracaq.
Kənd ağsaqqalı Əhliman Alışov həmkəndlilərini, müəllim və şagird kollektivini təbrik edib yeni məktəb binasına görə ölkə başçısına və onun xanımına dərin minnətdarlıq bildirdi.
Meşəkənarı kənd  ümumi orta məktəbinin  müəllimi Məharət Lətifova və baçqaları çıxış edərək bildirdilər ki, təhsil məsələlərinin uğurlu həlli dövlət başçısının təhsilimizə daimi qayğısından, rayon rəhbərinin əhali ilə əməli vəhdətindən qaynaqlanır.
Məktəbli uşaqların ifasında Ana, Vətən, Ulu Öndər, ölkə Prezidenti haqqında şeirlər səsləndirildi.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov tədbir iştirakçılarını salamlayıb diqqətə çatdırdı ki, bu bayramın sevincindən Azərbaycanın bütün ailələrinə pay düşür. Sizin hamınızı təbrik edirəm! Natiq fərəhlə dedi ki, rayonda məktəb tikintisinə son illər xüsusi diqqət var. 98 məktəbdən 50-yə yaxını yenidən tikilib, ya da əsaslı təmir olunub. Bundan 20-si son dörd ilin payına düşür. Meşəkənarıda  -çətin şəraitdə təhsil ocağının tikintisi sevindirci haldır. Daha bir neçə kənddə belə tədbirin reallaşacağını açıqlayan sözçü hamının adından möhtərəm Prezident cənab İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, inşaatçılara minnətdarlıq ünvanladı. 
Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.
Sinif otaqlarına baxış keçirildi. 80 yerlik Meşəkənarı kənd ümumi orta məktəbində 95 şagird təhsil alacaq. Məktəbdə 10 sinif otağı, kitabxana, direktor və müəllimlər otağı mövcuddur. Məktəbin istilik sistemi, su xətləri və sanitar qovşaqları da hazırdır.

Keçidlər