Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Heydər Əliyev İslam həmrəyliyi ideyasının banisidir” mövzusunda konfrans

15 sentyabr 2017 | 16:00

15 sentyabr 2017-ci il tarixdə Masallı Dövlət Regional Kollecində “Heydər Əliyev İslam həmrəyliyi ideyasının banisidir” mövzusunda konfrans keçirilmişdir. 

Masallı RİH Başçının müavini –İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova tələbələri yeni dərs ili münasibətilə RİH başçısı cənab Rafil Hüseynovun adından təbrik etmişdir. "Masalı ziyalılari" İctimai Birliyinin sədri Qardaş Fətullayev, Millət vəkili Musa Qasımlı Masallıda tələbə mühitinin yaradılması, regionun xüsusiyyəıtinə uyğun turizm Kollecinin yaradıldığını qeyd edib, Prezident cənab İlham Əliyevə, rayon rəhbərinə minnətdarlıq səsləndirmişlər.
Kollecin tələbələri Humay Əliyeva, Səməd Vəkilli çıxış edib yaxşı oxuyacaqlarına, etmadı doğruldacaqlarına söz verdilər.
“Heydər Əliyev islam həmrəyliyi ideyasının banisidir” mövzusunda AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, Millət vəkili Musa Qasımlı çıxış etmiş, diqqəti dünyada gedən mürəkkəb proseslərə cəlb etmiş, bununla paralel ölkəmizdəki əmin-amanlığı, asayişi misal gətirmişdir.
Mühazirə ətrafında Kollecin tarıx müəllimi Nazim Əliyev, şöbə müsiri Dilarə Hüseynova, tələbə Əsmər İsmayıllı çıxış etmişlər.
Millət vəkili Musa Qasımlı mövzuya dair sualları cavablandırmış, konfransın yüksək təşkilatçılığına görə rayon rəhbərinə minnətdalığını bildirmişdir.
Konfransı Masallı RİH Başçının müavini –İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdir Aybəniz Qafarova yekunlaşdırmışdır.

Keçidlər