SƏMİDXANDA SƏYYAR-QƏBUL
20 sentyabr 2017-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynovun səyyar qəbulu Səmidxan ərazisində keçirilmişdir. Səmidxan ərazisi I Səmidxan, II Səmidxan, Alışanlı və Ətcələr yaşayış məntəqələrini əhatə edir. Ərazinin 3 610 nəfər əhalisi və 1128 h ektar torpaq sahəsi var. Həmçinin ərazidə 1 tam, 1 ümumi orta, 1 ibtidai məktəb, 1 həkim məntəqəsi, 1 kənd kitabxanası və 1 poçt fəaliyyət göstərir.
Səmidxan kənd əraz nümayəndəliyi ndə təşkil olunmuş görüşü Masallı RİH - nin b aşçısı Rafil Hüseynov açaraq əhalini salamlamış, r espublikamızda və eləcə də rayonumuzda görülən işlərdən danışmış, möhtərəm Prezidentimiz tərəfindən regionlara göstərilən yüksək diqqət və qayğını nəzərə çatdırmış, həmçinin ərazidə gəlirli kənd təsərrüfatı sahələrinin bugünkü inkişafından bəhs etmişdir.
Rayon rəhbəri s onra əhalidən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir. Sakinlərdən İmanqulu Məmmədov, Əziz Balaşov, Qafil Şirəliyev, Niftulla Abbasov, Abbasqulu Əmənov və başqaları çıxış edərək ərazidə transformatorun olmaması, əkin sahəsi üçün və içməli su problemi, sel sularına yol verilməsi, ərazidə həkim çatışmazlığı, Alışanlı kəndində daxili yollara çınqılın döşənməsi , məcsidin qazlaşdırılması, yeni m əktəb binasının tikilməsi və digər xmhiş və müraciətlərini səsləndirdilər.
Sakinlər ərazidə görülən abadlıq-quruculuq işlərinə görə ölkə P rezidenti Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Görüşdə həmçinin Səmidxanlı kənd bələdiyyəsinin sədri Şaban Mehtiyevin seçicilər qarşısında hesabatı dinlənilmişdir. Məruzəçi bildirmişdir ki, 2014-cü ildə bələdiyyə seçkiləri keçirilərkən 9 nəfər bələdiyyə üzvü seçilmişdir, 2015-ci ilin yanvar ayından bələdiyyə üzvlərinin böyük səs çoxluğu ilə Bələdiyyə sədri seçilmişəm.
Səmədxanlı bələdiyyəsi fəaliyyətə başladıqdan sonra onun Daimi və digər kamissiyaları yaradılmışdır, başqa işə keçdikləri üçün 2 nəfər bələdiyyə üzvlüyündən çıxmışdır, hal-hazırda 7 nəfər bələdiyyə üzvü və 2 nəfər bələdiyyə qulluqçusu ilə fəaliyyət göstəririk.
Səmədxanlı bələdiyyəsi öz işini “Bələdiyyənin statusu haqqında” qanunu rəhbər tutaraq qurmuşdur. Bələdiyyənin fəaliyyətini özündə əks etdirən illik və rüblük iş planları hazırlanaraq tərəfindən təsdiq olunmuş, vətəndaşlar tərəfindən daxil olan yazılı və şifahi müraciətləri kitabı hazırlanmışdır. 2017-ci ilin 6 ayı ərzində vətəndaşlar tərəfindən 8 yazılı, 6 şifahi müraciət daxil olmuş, bütün müraciətlər qanuna müvafiq həll olunmuşdur.
AZKİL-2-nin birgə köməkliyi ilə ərazinin 4 kəndində kənddaxili yolları tamamilə təmir olunmuş, 2 kəntdə - Ətcələr və Alışanlı kəndlərində kənd qəbirstanlıqları abadlaşdırılmış, onların ətrafı hasara alınmış və qəbirstanlığa aid əlavə strukturlar inşa edilmişdir. O cümlədən ərazinin I Səmidxan kəndində həkim məntəqəsi inşa edilmişdir.
2017-ci ilin 6 ayı ərzində Səmədxanlı bələdiyyəsi xeyriyyəşilərin və iş adamlıarının köməkliyi ilə ərazidə I Səmidxan kənd qəbirstanlığında yeni 2 talvar inşa edilmiş, Ətcələr kəndindəki məscidin həyətində xeyir-şər evi inşa edilmiş, Alışanlı kəndində isə məscidin dam örtüyü yenisi ilə əvəz edilmişdir.
Ərazidəki I Səmidxan kəndində inşa edilmiş İstirahət Mərkəzində işlər davam edir. Ümumiyyətlə Səmədxanlı bələdiyyəsinin 2017-ci ilin ikinci yarım illiyinə 5666 manat pul vəsaiti daxil olmuşdur, daxil olmalara görə torpaq vergisindən 836 manat, torpaq satışından 2680 manat, Dotasiyadan 2150 manat pul vəsaiti daxil olmuşdur, xərclənən vəsait isə 5650 manmat olmuşdur.
Ərazidə görülən işlərlə yanaşı görəcəyimiz işlər və qarşıda duran vəzifələrimizdə çoxdur. 2013-cü ildə yeni asfalt çəkilmiş Masallı-Səmidxan-Alışanlı yolunun Nəqliyyat Nazirliyinin balansına daxil edilməsi, ərazidə yararsız elektrik şəbəkəsinin yenisi ilə əvəz edilməsi, kənd təsərrüfatı üzrə yeni əkinçilik strukturunun yaradılması, zəbt edilmiş torpaqların zəbtdən azad edilməsi və bu kimi məsələlərin həlli qarşıda duran vəzifələrimizdir.
Sizi əmin edim ki, Səmədxanlı bələdiyyəsi bundan sonrada verilmiş tapşırıqların yerinə yetirilməsinə, ərazinin sosial problemlərinin həll olunmasına bütün qüvvə və bacarığını sərf edəcəkdir.
Görüşü yekunlaşdıran Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov verilən təkliflərin nəzərə alınacağını qeyd etmiş, aidiyyəti təşkilat rəhbərlərinə tapşırıqlar vermiş və müvafiq köməklik göstəriləcəyini vurğulamışdır.