Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “İslam Həmrəyliyi” ilinə həsr olunmuş “Dəyirmi” masa keçirilmişdir

20 sentyabr 2017 | 16:00

20 sentyabr 2017-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə  Gənclər Mərkəzində “İslam Həmrəyliyi” ilinə həsr olunmuş “Dəyirmi masa” keçirilmişdir

       Tədbiri giriş sözü ilə Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi  Camal Manafov  açaraq qeyd etdi ki,  Azərbaycan İslam dünyasında böyük nüfuza malikdir. Azərbaycan İslam dəyərlərinə ən yüksək səviyyədə önəm verən ölkələrdən biridir. Bu gün İslam dünyasının birliyə, mütəşəkkilliyə daha çox ehtiyacı var. Bu baxımdan cənab Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi xüsusi önəm kəsb edir. 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunmasının və Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsinin ölkəmizin müsəlman dünyasına verdiyi ən böyük töhfələrdən biri olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan qısa müddətdir müstəqillik əldə etməsinə baxmayaraq, artıq aparıcı islam ölkələrindən birinə çevrilə bilib.
Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodisti Abas Abbasov , Rayon Gənclər və İdman İdarəsinin gənclər sahəsi üzrə aparıcı məsləhətçisi Oktay Mütəllimov , fəal gənclərdən Azər İsayev, Niyazi Əliyev, Günay Mehrəliyeva və başqaları çıxış edərək  bildirdilər ki, ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə dini fəaliyyət sahəsində sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində gördüyü böyük işlər dini etiqad azadlığına geniş imkanlar açdı və nəticədə dini icmaların normal fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradıldı. Ümumiyyətlə, ulu öndərin dövlət-din münasibətləri sahəsində irəli sürdüyü ideyaların, dünyagörüşün, müdrik tövsiyələrin bu günün reallıqları kontekstində oynadığı müsbət rolu daha aydın göründüyünü diqqətə çatdırdılar

Keçidlər