Masallıda Boks idman növü üzrə rayon birinciliyi
20-21 sentyabr 2017-ci il tarixlərdə Masallı Regional Boks Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “İslam Həmrəyliyi ili”nə həsr olunmuş kişik yaşlı uşaqlar və yeniyetmələr arasında boks idman növü üzrə rayon birinciliyi keçirilmişdir.
10 çəki dərəcəsində 70 nəfərdən artıq idmançının iştrakı ilə keçirilən yarışın məqsədi boks idman növünün uşaqlar və yeniyetmələr arasında təbliği, onların idmana marağının artırılması və yeniyetmələrin sağlam həyat tərzinə cəlb edilməsindən və onların asudə vaxtlarının səmərəli təşkil olunmasından ibarətdir.
İki gün davam edən yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfində diplomlarla mükafatlandırılmışlar.