Masallıda “Ümumdünya Turizm Günü”
27 sentyabr 2017-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində “Ümumdünya Turizm Günü”nə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Dilbər İbayeva “Azərbaycanda Turizm” mövzusunda geniş məruzə ilə çıxış etnmişdir. Sonra Mərkəzin bələdçisi Rəşad Dadaşov “Masallıda Turizmin inkişafı” mövzusunda Masallı Dövlət Regional Kollecinin Turizm fakultəsinin tələbələrinə məlumat verdi. Daha sonra Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən SYSLAB Təlim Mərkəzinin Koordinatorları Rafət Şirəliyev və Fəridə Qəzənfərli tələbələrlə diskusiya keçirdi. Diskusiyanın əsas mövzusu ğlkəmiz üçün turizmin əhəmiyyəti məşğulluq və bu sahədə öz kiçik bizneslərini qurmaq istəyən gənclərə təkliflər və onlara bu sahədə dəstək olunacaqları barədə məlumatlar verildi.