Şriftin ölçüsü :

Saytın rəngi :

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Masallıda vətəndaşları qəbul edib

30 sentyabr 2017 | 16:00

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Masallıda vətəndaşları qəbul edib

30 sentyabr 2017-ci il tarixdə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Masallı şəhər Heydər Əliyev Mərkəzində Masallı, Cəlilabad və Yardımlı rayonlarının sakinlərini qəbul edib.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, böyük rəhbərin adını daşıyan Mərkəzdə Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Qəbul zamanı 20-yə yaxın vətəndaşın müraciəti dinlənilib.
Vətəndaşların müraciətləri əsasən dini icmaların dövlət qeydiyyatı, dini icmaların fəaliyyəti, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərin təmiri, Quran kurslarının təşkil edilməsi və sair məsələlərlə bağlı olub.
Müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib.
Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərə dair müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbula gələn vətəndaşlar onlara yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər