Masallıda “HİV/QİÇS və digər yolğucu xəstəliklər” mövzusunda seminar
04 oktyabr 2017-ci il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı gənclər arasında “HİV/QİÇS və digər yolğucu xəstəliklər” mövzusunda seminar keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov gənclərimizə qarşıda duran məsələlər barədə və bu bəlaya qarşı aparılan mübarizə metodlarından istifadə etməyin lazım olduğunu, bu sahədə ciddi addımların atılmasının və maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini, ön plana çəkərək qeyd etdi ki, “HİV/QİÇS və digər yolğucu xəstəliklər” insanları ölümə doğru gedən yola aparır və bu yolda insanlar təkcə özlərini deyil, onlara aid olan bütün həyatını məhv edir. Sonda Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov Bir daha bəşəriyyət üçün faciəyə çevrilən HİV/QİÇS və digər zərərli vərdişlərə qarşı mübarizədə gənclərin fəal olmasının vacibliyini vurğuladı.
Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodisti Abbas Abbaszadə, fəal gənclərdən Gülay Ağayeva, Ülkər İbadova,Tural Əhmədov və başqaları çıxış edərək bildirdilər ki, hazırkı mürəkkəb şəraitdə insan orqanıziminə zərərli olan vərdişlərə qarşı mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, bu cür təhlükəli təzahürlərə qarşı barışmaz mövqeyinə və əməli köməyinə böyük ehtiyac vardır. Narahatlıq doğuran hal yeniyetmə və gənclər arasında zərərli vərdişlərə aludəçilik hallarının artmasıdır. Cəmiyyəti bu bəladan xilas etmək, yeni nəslin sağlam böyüməsi, gələcəyimiz olan gənclərin bu yoluxucu xəstəliyə tutulmalarının qarşısını almaq üçün bu istiqamətdə keçirilən maarifləndirici tədbirlərin böyük önəmi olduğunu vurğuladılar.
Sonra tədbirdə fərqli qruplarda yeniyetmə və gənclərə, o cümlədən müxtəlif peşə sahiblərinə zərərli vərdişlərin qarşısının alınma yolları, HİV/AİDS haqqında, HİV-in ötürülmə yolları, HİV-infeksiyasının diaqnostikası, HİV/AİDS-lə bağlı Qaynar xətt və digər yoluxucu xəstəliklər və onlardan qorunma üsulları haqqında məlumatlar çatdırıldı.