Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşlərinin şəhidi Nurlan Bayram oğlu Əsgərlinin 8-ci ildönümü

05 aprel 2024 | 19:32

05 aprel 2024-cü ildə Seyran Hacıyev adına Viləş kənd tam orta məktəbində aprel döyüşlərinin şəhidi, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilən Nurlan Bayram oğlu Əsgərlinin 8-ci ildönümü münasibətilə ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin  və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş  şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilmişdir.

Məktəb şagirdlərinin aparıcılığı ilə şəhid Nurlan Əsgərlinin həyat hekayəsi, döyüşdəki sücaəti haqqında geniş məlumat verilmişdir.

           Sonra Masallı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nuranə Muradova çıxış edərək 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq  Azərbaycan və Erməni Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasınnın  hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişədən, Aprel döyüşlərinin Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər olmasından, Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Nurlan Əsgərlinin Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə özü ilə eyni rütbədə olan qardaşı, gizir İntiqam Əsgərli ilə birlikdə döyüşməsi, gecə döyüşləri zamanı Tərtər rayonunun Talış kəndi istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunması barədə geniş bəhs etmişdir.

            Daha sonra Sosial Xidmətlər Agentliyi Lənkəran-Astara Regional Filialının direktoru Ramin Hüccətov, Rayon Təhsil Sektorunun aparıcı məsləhətçisi Hörmət Balakişiyev, şair Tahir Heydərli çıxış edərək 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalarkən ordumuzun bölmələrinin əks-həmlə ilə təxribatların qarşısını alması, döyüşlərin  Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnməsi, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklərin, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olunması, bununla da cinayətkar erməni rəhbərlərinin  keçilməz erməni səngərləri haqqında mifi alt-üst edilməsini bildirdilər.

          Şəhid Nurlan Əsgərlinin anası Ziba Əsgərli çıxış edərək belə bir gündə rayon rəsmilərinin, sakinlərinin onların yanında olmasının böyük mənəvi dayaq olduğunu, məktəb rəhbərliyinin belə bir tədbir təşkil etməsinin şagirdlər üçün vətənpərvərlik dərsi olduğunu bildirdi. Daha sonra Nurlan və İntiqam Əsgərlilərin döyüş həyatını, onlarla olan xatirələrini tədbir iştirakçıları ilə bölüşdü.

Seyran Hacıyev adına Viləş kənd tam orta məktəbinin şagirdlərinin ifasında mahnı, şeir və aprel döyüşlərindən bəhs edən bədii kompozisiya təqdim edildi.

Sonda dəvətlilər və məktəb kollektivi Viləş kənd qəbirstanlığında şəhid Nurlan Əsgərli və digər şəhid məzarlarını ziyarət etdi.

Keçidlər