Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Masallıda vətəndaşları qəbul etdi
24 aprel 2026 | 21:34
24 aprel 2026-cı il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli Masallı rayonunda Masallı və Yardımlı rayonlarının sakinləri ilə görüş keçirib.
Qəbuldan əvvəl Agentliyin sədri Vüsal Nəsirli və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Görüş zamanı vətəndaşların müraciətləri əsasən avtomobil yollarının mövcud vəziyyəti, yolların əsaslı təmiri və yenidən qurulması, eləcə də məşğulluq məsələlərini əhatə edib.
Qaldırılan bütün məsələlər diqqətlə dinlənilib, onların operativ araşdırılması və həlli istiqamətində müvafiq olaraq tapşırıqlar verilib.






