Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan dövlət quruculuğunda qadınlarımızın rolu və fəallığı” mövzusunda tədbir

06 mart 2024 | 14:30

Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Ağsaqqallar klubunda “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə “Azərbaycan dövlət quruculuğunda qadınlarımızın rolu və fəallığı” mövzusunda tədbir keçirilmişdir.

Tədbir başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

           Tədbiri giriş sözü ilə açan Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev qadınları “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə təbrik edərəkAzərbaycan dövlət quruculuğunda qadınlarımızın rolu və fəallığı” mövzusunda geniş məruzə etmişdir.

Ə.Niftiyev bildirmişdir ki, Azərbaycan qadını hər zaman  layiq olduğu şərəfli, müqəddəs ana adını  uca tutmaqla müdrikliyi, ictimai-siyasi, mədəni həyatda fəallığı, işgüzarlığı, fədakarlığı və mübarizliyi ilə tarixi keçmişimizə ən parlaq səhifələr yazıb. Şərqdə ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçmək və seçilmək hüququnun verilməsi də ən böyük tarixi hadisədir. Azərbaycan qadını görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadim adını qazanaraq, dövlətçilik tariximizdə mühüm rol oynayıb. Respublikamız dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra da qadınların cəmiyyətdə rolu daha da yüksəldi və fəaliyyətləri genişləndi.
Ümummilli lider Heydər Əliyev qadınların cəmiyyətdəki rolu ilə bağlı siyasətin səmərəli şəkildə həyata keçirilməsinə, onların dövlət quruculuğunda, elm, mədəniyyət, təhsil, səhiyyə, idman və digər sahələrdə geniş təmsil olunmasına müstəsna əhəmiyyət verirdi. Elə bu siyasətin nəticəsi olaraq bu gün qadınlarımız təkcə respublikada deyil, ölkəmizin hüdudlarından kənarda da apardıqları dövlət əhəmiyyətli çoxşaxəli fəaliyyət proqramlarının yüksək səviyyədə həyata keçirilməsinə görə tanınır, beynəlxalq qurumlarda ölkəmizi ləyaqətlə təmsil edirlər.  Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevaya buna bariz nümunədir.

Azərbaycan qadınının milli-mənəvi dəyərlər sistemimizin təşəkkülündə və yaradılmasında müstəsna rolu vardır. Qadın adını hər bir azərbaycanlı uca tutaraq Ana məfhumunu Vətənin təcəssümü sayıb. Bu gün cəmiyyətimizin elə bir sahəsi yoxdur ki, orada qadın əməyi görünməsin. Bu gün milli-mənəvi dəyərləri zəngin olan Azərbaycan xanımları  Vətən qarşısında vəzifə borclarını ləyaqətlə yerinə yetirirlər.  

          Daha sonra Masallı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Nuranə Muradova, iki şəhid atası Bayram Əsgərov, Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Tarix-diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva, Ağsaqqallar Şurası İdarə heyətinin üzvü Nailə Əsədullayeva, Ağsaqqallar Şurasının Ərkivan qəsəbəsi üzrə nümayəndəsi Mirəyyub Əliyev, Şura üzvü, şairə Meysaba Aslanova, Rayon Mərkəzi Kitabxanasının direktor  əvəzi Zamin Məmmədov çıxış edərək qadınları “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə təbrik etmiş, hazırda qadınlarımızın müstəqil Azərbaycan dövlətinin ictimai-siyasi həyatında getdikcə artan rolu və mövqeyi bizim milli dövlətçilik tariximizin ən böyük uğurları olmasından, bu, bir tərəfdən mövcud ictimai-siyasi şəraitlə bağlıdırsa, digər tərəfdən onlara dövlətin, dövlət başçısının göstərdiyi münasibətdən asılı olması, bu uğurların bir tərəfdən də Azərbaycanda qadın fəallığı sayəsində çoxəsrlik tarixə söykənən zəngin ənənələr, digər tərəfdən, ölkə rəhbərinin həyata keçirdiyi strateji inkişaf xəttində qadın siyasəti ilə bağlı seçilmiş prioritetlər üzərində qərar tutması,  bu gün respublikamız geniş miqyaslı infrastruktur layihələri, dünyanın ən modern ölkələrindən birinə çevrilməsi məqsədinə yönələn ardıcıl tədbirlərlə sanki yenidən qurulması barədə geniş çıxış etmişlər.

              Sonda tədbirdə iştirak edən qadınlara bayram münasibətilə qiymətli hədiyyələr təqdim edilmişdir.

Keçidlər