Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan Heydər Əliyevin şah əsəridir” mövzusunda inşa-yazı müsabiqəsi

05 dekabr 2023 | 23:41
Masallı rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev ili” çərçivəsində Masallı rayon Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin birgə təşkilatçılığı, Masallı rayonu üzrə Təhsil sektorunun dəstəyi ilə rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “Azərbaycan Heydər Əliyevin şah əsəridir” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib.
Müsabiqənin keçirilməsində əsas məqsəd Heydər Əliyev irsinin gənc nəslə ötürülməsi, Azərbaycanın önəmli bir tarixi dönəminə dəyərli töfhələr vermiş dahi şəxsiyyətin həyat və siyasi yoluna işıq salınması, həmçinin məktəblilərin araşdırma aparma, fikrini ifadə etmə bacarıqlarının inkişaf etdirilməsi olub.
İnşa-yazılar münsiflər tərəfindən yoxlanılıb, nəticələr haqqında məlumat növbəti həftə ərzində elan olunacaq. Qaliblər sertifikatla təltif ediləcək.
Keçidlər