Azərbaycan kinosu xalqımızın milli sərvətidir
03 avqust 2022 | 18:46
Masallı rayon Mərkəzi Kitabxanasında Azərbaycan kinosu gününə həsr olunmuş "Azərbaycan kinosu xalqımızın milli sərvətidir" mövzusunda tədbir keçirilib.
Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Lətafət Əlirzayeva bildirib ki, Ümumilli lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə hər il avqust ayının 2-si kino işçilərinin peşə bayramı kimi qeyd olunur. Bu il 2 avqust tarixi Azərbaycan kinosunun yaranmasının 124-cü ildönümünə təsadüf edir.
Sonra kitabxana əməkdaşı Rasif Dadaşov Azərbaycan kinosunun yaranma tarixi və inkişaf yolu haqqında məruzə ilə çıxış edib.