Şriftin ölçüsü :

Saytın rəngi :

“ Azərbaycan xalqının xilaskarı-Heydər Əliyev”

13 iyun 2022 | 18:34

İyunun 13-də Masallı Tarix -Diyarşünaslıq Muzeyində 15 iyun – Milli Qurtuluş gününə həsr olunmuş ” Azərbaycanın xalqının xilaskarı- Heydər Əliyev” adlı dəyirmi masa keçirilib.

 Tədbirdə Masallı Rayon Heydər Əliyev Mərkəzi,Mərkəzi Kitabxana Sistemi(MKS), Masallı Dövlət Rəsm Qalereyasının əməkdaşları iştirak ediblər.

 Əvvəlcə Ulu Öndər Heydər Əliyev və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva ilk olaraq tədbir iştirakçılarını 15 iyun- Milli Qurtuluş Günü  münasibətilə təbrik edib. Ə. Tağıyeva çıxışında  Ulu öndər  Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın qazandığı bugünkü zəfərindən danışdı.

Sonra  MKS- informasiya şöbəsinin  müdiri Rasif Dadaşov mövzü ilə bağlı geniş məruzə etdi.

 Daha sonra Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva və MKS-nin direktoru Ələddin Nəzərov çıxış edərək  Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanın 1993-cü ildən sonrakı müddət ərzində keçdiyi şərəfli yoldan və ölkəmizdə sabitlik, inkişaf illəri kimi tarixdə buraxdığı izdən danışdılar. Natiqlər qeyd etdilər ki, məhz bu illərdə dövlətçiliyimizin əsası qoyulub. Bu gün də Ümummilli lider Heydər Əliyevin kursunun davamçısı olan cənab İlham Əliyevin möhkəm əzminə əsaslanaraq inkişaf edir.

Keçidlər