Şriftin ölçüsü :

Saytın rəngi :

«Azərbaycanın Milli Qurtuluş günü»- Mərkəzi kitabxanada tədbir

14 iyun 2022 | 16:53
14 iyun 2022-ci il tarixdə Masallı rayon Mərkəzi Kitabxanasında 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş "Azərbaycanın Milli Qurtuluş Günü" mövzusunda tədbir keçirilib.
Tədbiri açıq elan edən kitabxananın direktoru Əlhəddin Nəzərov bildirib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan Milli Qurtuluş günü dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb.
Sonra kitabxananın əməkdaşı Rasif Dadaşov mövzu ilə bağlı geniş məruzə edib.
Tədbirdə çıxış edən kitabxananın əməkdaşları Arif İbrahimov və Aida Quliyeva qeyd ediblər ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bunun nəticəsidir ki, Azərbaycan sürətlə inkişaf edən, müasirləşən dünyada lider ölkələrdən birinə çevrilib, işğal altında olan torpaqlar düşməndən azad olunub.
Keçidlər