“Azərbaycanın müstəqillik savaşı” başlıqlı tarix dərsi keçirildi
Mayın 24-də Masallı Tarix -Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə 28 may-Müstəqillik Gününün yaranmasının 105 illiyi münasibətilə Ə. Vəliyev adına Qarğalıq kənd tam orta məktəbində “Azərbaycanın müstəqillik savaşı” başlıqlı tarix dərsi keçirildi.
Əvvəlcə vətən uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Muzeyin əməkdaşı Çingiz Qurbanov Demokratik Xalq Cümhuriyyətinin qısa müddətli fəaliyyəti nəticəsində dövlətin siyasi, iqtisadi, hüquqi, mədəni və digər sahələrində həyata keçirilmiş mütərəqqi siyasətinin Azərbaycanda müstəqil, demokratik dövlətçilik ənənələrinin, milli ruhun formalaşmasında və gələcək inkişafında mühüm rol oynaması haqqında geniş məruzə etdi.
Dərsin sonunda şagirdlərlə mövzu ətrafında sorğu aparıldı.