"Azərbaycanın xilaskarı" adlı tarix dərsi
Martın 13-də Masallı Tarix-Diyarşünaslıq Muzeyində "Heydər Əliyev ili" ilə əlaqədar "Azərbaycanın xilaskarı" adlı tarix dərsi keçirilib.
Tarix dərsdə İnqilab Nağıyev adına Boradigah qəsəbə 2 saylı tam orta məktəbinin müəllim və şagirdləri iştirak edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda edən qəhrəmanlarımızın xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Muzeyin direktoru Əntiqə Tağıyeva Ulu Öndərin həyat və fəaliyyəti, müasir Azərbaycanın inkişafı yolunda gördüyü əvəzsiz xidmətlərindən geniş şagirdlərə məlumat verdi. Daha sonra Boradigah qəsəbə 2 saylı tam orta məktəbin tarix müəllimi Nuridə Qasımova mövzu ilə bağlı fikirlərini ifadə edib. Məktəbin şagirdi Gülay Qasımova dahi şəxsiyyət Heydər Əliyev haqqında təqdimatı ilə çıxış etdi.
Yekunda iştirakçılar “Heydər Əliyev və mədəniyyət “ adlı sərgilə tanış olduqdan sonra muzeyə geniş ekskursiya etmiş oldular.