Şriftin ölçüsü :

Saytın rəngi :

“ Azərbaycanın xilaskarı”

10 iyun 2022 | 19:27

   İyunun 10-da Masallı Tarix- Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Rafiq Əlihəsənov adına Masallı şəhər 1 saylı tam orta məktəbində şagirdlər üçün 15 – İyun Milli Qurtuluş gününə həsr olunmuş   “Azərbaycanın xilaskarı” mövzusunda tarix dərsi keçirilib.

     Dərsi başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyev və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra muzeyin əməkdaşı Çingiz Qurbanov “ Azərbaycanın xilaskarı” mövzusunda mühazirə edib.Ç. Qurbanov şagirdlərə Heydər Əliyev siyasəti və onun Azərbaycanın həyatında əsaslı yüksəlişə səbəb olan qayğı və diqqətindən xüsusi danışdı. Eyni zamanda müasir yeniyetmələrin bir şəxsiyyət kimi yetişdirməsində elm və təhsil sahəsində etdiyi yenilikləri və bunun nəticəsində bu gün qazandığımız naliyyətləri xüsusi vurğuladı.Sonda şagirdlərlə mövzu ətrafında müzakirələr edilərək onların sualları cavablandırıldı.

Keçidlər