Şriftin ölçüsü :

Saytın rəngi :

“Bacarıqlı Mən” Masallıda

26 yanvar 2023 | 15:25

Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” qrant müsabiqəsinin qalibi olan “Bacarıqlı Mən” layihəsi Masallı gəncləri üçün həyata keçirilib.

Layihə rəhbəri Mehin Abbasova iştirakçılara layihə haqqında ətraflı məlumat verib, Gənclər  Fondunun gənclər üçün yaratdığı imkanlardan bəhs edib.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyində həyata keçirilən layihədə 25 gənc iştirak edib.

2 günlük proqram çərçivəsində təlimçi Rafət Şirəliyevin təqdimatında gənclər üçün “Ünsiyyət bacarıqları”, “Vaxtın idarə olunması”, “Effektiv qərar qəbuletmə”, “Problemi həlletmə” kimi mövzularda təlimlər keçirilib.

İnteraktiv keçən təlimlər zamanı enercayzerlər və qrup işləri icra olunub, gənclərə müxtəlif tapşırıqlar verilib, komanda şəklində verilmiş tapşırıqlar yerinə yetirilib.

Sonda iştirakçılar sertifikatla təltif olunub.

Qeyd edək ki, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin dəstəyi ilə həyata keçirilən layihənin məqsədi gənclərin qeyd olunmuş mövzularda bacarıqlarının formalaşdırılmasından ibarətdir.

Keçidlər