Bakı şəhədində dəfn olunmuş Masallı şəhidləri anıldı
19 sentyabr 2024-cü il tarixdə lokal antiterror əməliyyatları zamanı şəhidlik zirvəsinə ucalaraq Bakı şəhərində, II Fəxri Xiyabanda dəfn olunmuş Masallı rayonundan olan şəhidlər İsayev İsmayıl Çərkəz oğlu və Həmidli Mikayıl Vüqar oğlunun anım mərasimi ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədovun tapşırığına əsasən, Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev şəhidlərin məzarlarını ziyarət etmişdir.
Ziyarət zamanı Qəşəm Hadıyev şəhidlərin valideynləri ilə də görüşərək onlara Masallı rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədovun salamlarını və başsağlığını çatdırmış, dövlətin və xalqın şəhid ailələrinin daim yanında olduğunu vurğulayaraq onlara Allahdan səbr diləmişdir. Həmçinin Masallı Rayon İcra Hakimiyyətinin şöbə müdiri, Vətən Müharibəsi iştirakçısı Qəşəm hadıyev şəhidlərimizin xatirəsinin daim əbədi olaraq yaşayacağı və onların qəhrəmanlığının uca tutulacağı diqqətə çatdırmışdır.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya, Masallı Rayon İcra Hakimiyyətinə və qonaqlara minnətdarlıqlarını ifadə etmişlər