Şriftin ölçüsü :

Saytın rəngi :

Bayram ərəfəsində şəhid ailələri ziyarət olundu

07 iyul 2022 | 19:04

Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev və partiya fəalları Qurban bayramı münasibəti ilə Masallı şəhəri və Muskücə kəndi və digər ərazilərdən olan Şəhid ailələrinə baş çəkmiş, qarşıdan gələn Qurban bayramı münasibəti ilə təbrik etmiş və yardım göstərilmişlər.

Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev görüşlərdə şəhidlərimizin əziz xatirəsi yad edib, barələrində xoş təəsüratlar danışıb.

Vurğulanıb ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuz və vəzifəmizdir.

Ailələr göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.

Keçidlər