Şriftin ölçüsü :

Saytın rəngi :

BƏDƏLAN KƏNDİNDƏ «HEYDƏR BABA BULAĞI»NIN AÇILIŞI

07 dekabr 2022 | 15:15

Ölkəmizin hər yerində olduğu kimi Masallı rayonunun da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım mərasimlərini keçirmək, ehsan süfrəsi açmaq, dahi şəxsiyyətin şərəfinə tədbirlər təşkil etmək artıq qürurlu ənənəyə çevrilmişdir. Belə qürurlu günü Masallı camaatı və sakinləri Bədəlan kəndində yaşadılar. Belə ki, 07 dekabr 2022-ci il tarixdə Bədəlan kəndində dahi şəxsiyyətin şərəfinə «Heydər baba bulağı»nın açılışı mərasimi keçirilmişdir.

Açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı​ cənab Araz Əhmədov​ və aparatı,​ hüquq-mühafizə orqanlarının rəhbərləri,​​ YAP Masallı Rayon Təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər, kənd​ sakinləri, rayon ictimaiyyətinin nümayəndələri və jurnalistlər iştirak etmişlər.

Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin adını əbədiləşdirən xatirə bulağının qırmızı lentini kəsib açılışını etmişlər.

Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı​ Araz Əhmədov​ Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqımıza göstərdikləri diqqət və qayğını xüsusi vurğulamışdır.

Araz Əhmədov müasir müstəqil dövlətimizin memarı və qurucu Ulu Öndər Heydər Əliyevin ölkəmizi məhv olmaq təhlükəsindən qurtararaq dinamik inkişaf yoluna çıxarmasında müstəsna xidmətlərindən danışıb, bu işdə əməyi olan kənd ağsaqqallarına, şəxsən xeyriyyəçi Ziyafət Kərimova təşəkkür edərək, Masallı rayonunda içməli su probleminin olmasını bir daha nəzərə çatdıran rayon rəhbəri, vətəndaşlara müraciət edərək, bu işin Bədəlanda görülməsini həmin problemin həll olunmasına qismən də olsa çalışdıqlarını bildirmişdir. - Çox ibrətamiz nümunədir. Əlbəttə, bu yaxşı işdir, su həyatdır, su yaşayışdır...- deyə Araz Əhmədov nitqində bir daha qeyd etmişdir. 

Xeyriyyəçi Ziyafət Kərimov rayon rəhbərinə müraciətlə onun kənd-kənd, oba-oba, evbəev gəzdiyini, insanlara dəstək olduğunu, qürur hissi keçirdiklərini və ərazilərinə çox xoş gəlməsini vurğuluyaraq kənd ərazi nümayəndəsinin də onlarla birgə qayğısı, işbirliyindən danışmışdır.

Rəsmi hissədən sonra tədbir iştirakçıları üzərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Prezidenti, 44 günlük tarixi Vətən müharibəsinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin şəkli əks olunan bulağı ziyarət edərək, üzərinə tər qərənfillər düzülmüşlər.

Keçidlər