Şriftin ölçüsü :

Saytın rəngi :

BƏDƏLAN KƏNDİNDƏ YENİ TİBB MƏNTƏQƏSİNİN TİKİNTİSİNƏ BAXIŞ

07 dekabr 2022 | 15:31

07 dekabr 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı​ cənab Araz Əhmədov​ və aparatı,​ hüquq-mühafizə orqanlarının rəhbərləri,​​ YAP Masallı Rayon Təşkilatının əməkdaşları, kənd​ sakinləri, ağsaqqallar, xeyriyyəçilər, rayon ictimaiyyətinin nümayəndələri və jurnalistlər obyekdə gedən inşaat işləri ilə yaxından tanış olmuşlar. 

Bədəlan kənd ərazi nümayəndəsi Mətanət Paşayeva burada görülən işlər haqqında Masallı RİH başçısı cənab Araz Əhmədova məlumat vermişdir.

Kənd sakinləri və xeyriyyəçilərlə görüşən icra başçısı onlara, bu xeyirxah işdə əməyi olan hər bir kəsə, həmçinin Rusiya Federasiyasında çalışan hər bir bədəlanlıya təşəkkür etmişdir.

Sonra Masallı rayon rəhbəri iş gedən otaqları gəzmiş, inşaatçılarla söhbət etmişdir. Altı otaqdan ibarət olacaq yeni səhiyyə müəssisəsində doğum, uşaq müalicə şöbələri, laboratoriya və peyvəndetmə kabinəsi və s. fəaliyyət göstərəcəkdir.

Yeni tibb ocağı ən müasir tibbi avadanlıqla təchiz olunacaqdır.

Sosial obyektin tikintisini aparan inşaatçılar bildirmişlər ki, obyektin tikintisinə cəmi bir neçə aydır ki, başlanıb.

İnşaatçılar obyekti müəyyən olunmuş vaxtda təhvil vermək əzmindədirlər.

Keçidlər