“Bir ağac - min nəfəs” devizi altında...
15 noyabr 2022 | 16:07
Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti və "Bazarstore" marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə Masallı və Lənkəran rayonlarında “Bir ağac - min nəfəs” aksiyası keçirilib.
"Bir ağac - min nəfəs” devizi altında təşkil olunan “Tullantıları tinglərə dəyiş” tingpaylama aksiyasında plastik, şüşə, kağız və işlənmiş batareya təhvil verən vətəndaşlara ağac tingləri paylanılıb.
Aksiya payız əkin mövsümünün sonunadək Bakıda və bölgələrdə davam etdiriləcək.