“Biz Heydərçilərik” adlı tədbir
Fevralın 2-də Masallı Tarix Diyarşünaslıq Muzeyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Gəncləri Gününə həsr edilmiş “Biz Heydərçilərik” adlı tədbir keçirilib. Tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları, “Peşə təmayüllü siniflərin təşkili” layihəsi yeniyetmələri və rayon gəncləri iştirak etdi.
Əvvəlcə Ulu Öndər Heydər Əliyev və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva Azərbaycan Gəncləri Günü münasibəti ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birinci müavini cənab Adil Kərimlinin adından bütün gəncləri bayram münasibəti ilə təbrik etdi. O, bu gün respublikamızın siyasi, iqtisadi ümumən bütün sahələrində çalışan vətən gənclərinə gələcək işlərində uğurlar arzu etdi. Heydər Əliyev siyasətindən bəhrələnərək hər bir gəncin millətinin ,xalqının milli, mənəvi dəyərlərinə üstünlük verməklə dünya arenasına çıxmağı tövsiyə etdi.
Sonra mərkəzin əməkdaşı Gülcahan Vəkilzadə bu gün Azərbaycan gəncinin “Biz Heydərçilərik” şüarı altında özünü tanıtması müasir gənclərimizin həyata mövqeyini və baxışını özündə ittifa edir deyərək, gənclərə daha real və aktiv olmağı məsləhət gördü.