“Biz sağlam həyat tərzi seçirik, narkotiklərə yox deyirik” adlı maarifləndirici tədbir
30 noyabr 2023-cü il tarixində Masallı Gənclər Evində Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cüi illər üçün Dövlət Proqram”ından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə Masallı Dövlət Regional Kollecinin tələbləri üçün “Biz sağlam həyat tərzi seçirik, narkotiklərə yox deyirik” adlı maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının əməkdaşı Vasif Quliyev, Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Bəxtim Qarayev, Masallı Rayon Polis Şöbəsinin azyaşlılar üzrə baş inspektoru, polis kapitanı Samid Əliyev və digər aidiyyəti qurumların nümayəndələri iştirak etmişlər.
Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər (bukletlər və “Narkotiklər haqqında həqiqəti bilin” adlı yaddaş kitabçaları və.s.) tədbir iştirakçılarına paylanılmışdır.