“Bizi tərk eləmir xatirələrin” adlı ədəbi-bədii kompazisiya
Təqdimatda YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı RİHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, Masallı Dövlət Regional Kolleci ərazi partiya təşkilatının sədri Vidadi Nəzəzrov, Masallı Regional Mədəniyyət İdarəsi ərazi partiya təşkilatının sədri Bəxtiyar Qılıncov, Şəhid valideynləri, idarə və müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
İştirakçılar türk dünyasının böyük oğlu Ulu öndər Heydər Əliyevin eləcədə Vətən müharibəsində Şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad etmişlər.
YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək ölkəmizin siyasi və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətləri olan dahi Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qaldığını və bundan sonra da qalacağını vurğulayıb. S.Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı, fenomenal şəxsiyyət olan Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkənin hərtərəfli inkişafına nail olduğunu, müstəqilliyini əbədi və dönməz etdiyini və uğurlu siyasəti sayəsində respublikamızı dünyada tanınan nüfuzlu bir dövlətə çevirdiyini diqqətə çatdırıb. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illər ərzində ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoyduğunu qeyd edən S.Əliyev bildirib ki, Azərbaycan xalqı qazandığı müstəqilliyə və onun qorunub saxlanması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə dahi oğluna daim minnətdardır. S.Əliyev təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət quruculuğu prosesinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək dinamizm, əzmkarlıqla davam etdirildiyini, ölkə başçısının həyata keçirdiyi strateji inkişaf kursunun uğurları sayəsində müstəqil dövlətimizin iqtisadi inkişaf potensialına görə lider dövlətlər sırasında olduğunu, beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqeyinin möhkəmləndiyini söyləyib.
Sonra “Bizi tərk eləmir xatirələrin” adlı tamaşa sərgilənib. Tamaşadan sonra bir qrup gənc təşkilatçılar tərəfindən rəğbətləndirilmişdir.