Şriftin ölçüsü :

Saytın rəngi :

Boradigah qəsəbə 2 saylı tam orta məktəbində "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir

16 aprel 2025 | 17:20

          Masallı rayon Boradigah qəsəbə İ.Nağıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində Masallı Rayon İcra Hakimiyəti və Masallı rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilmişdir.

         Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir vəzifəsini müvəqqəti icra edən Zamin Məmmədov,  Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Lənkəran–Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, Masallı rayonu üzrə Təhsil sektorunun müdiri Elman Rzayev və əməkdaşları, məktəb rəhbərləri, müəllimlər və qəsəbə ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. 

                 Masallı rayon Boradigah qəsəbə İ.Nağıyev adına 2 nömrəli tam orta məktəbində baş tutan tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi  ilə başladı.

            Tədbiri giriş nitqi ilə açan Masallı rayonu üzrə Təhsil Sektorunun müdiri Elman Rzayev iştirakçıları salamlayaraq tədbirin əhəmiyyəti və mövzusu barədə geniş məlumat vermişdir.

          Sonra çıxış edən Rəhim Rəhimov, Zamin Məmmədov və Seyfəddin Əliyev, Məhbubə Şahbazova "Konstitusiya və Suverenlik İli" çərçivəsində görülən işlər və bu istiqamətdə maarifləndirmənin vacibliyi haqqında ətraflı bəhs etmişlər.Daha sonra rayon müəllimləri tərəfindən mövzuya dair təqdimatlar dinlənilmişdir.

         "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir  Masallı rayon Boradigah qəsəbə İ.Nağıyev adına 2 nömrəli tam orta məktəbinin şagirdlərinin ifasında vətənpərvərlik və dövlətçilik dəyərlərini əks etdirən nümunələrlə təqdim olunan ədəbi-bədii kompozisiyalarla yekunlaşmışdır.

Keçidlər