Şriftin ölçüsü :

Saytın rəngi :

Boradigah qəsəbə 2 saylı tam orta məktəbində maarifləndirici tədbir

09 oktyabr 2023 | 21:42

09.10.2023-cü il tarixdə Masallı rayonu Boradigah qəsəbə İ.Nağıyev adına 2 saylı tam orta məktəbində məktəbin 9-11-ci sinif şagirdlərinin iştirakı ilə Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin, həmçinin yetkinlik yaşına çatmayanların təzyiqlərə, məişət zorakılığına məruz qalma, cinsi və əmək istismarına təhrik etmə, erkən nikaha cəlb olunma hallarının, yetkinlik yaşına çatmayanlar və gənclər arasında narkomanlığın qarşısının alınması məqsədilə tədbir keçirilmişdir.

​Tədbiri giriş sözü ilə açan Boradıgah qəsəbə  İ.Nağıyev adına 2 nömrəli ​ tam orta məktəbin direktor vəzifəsini icra edən Məhbubə Şahbazova, çıxış edərək tədbir iştirakçılarını və gələn qonaqları salamlamış,​ sonra isə Vətən uğrunda Şəhid olmuş Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə Masallı RPŞ-in Boradigah PB-nin rəisi polis mayoru Pərviz Məmmədov, RPŞ-in YYÇPİTQ-nun baş inspektoru polis kapitanı Samid Əliyev, Masallı RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatcisi Abbas Abbaszadə, Lənkəran-Astara regional Təhsil İdarəsinin Masallı rayon Təhsil sektorunun aparıcı mütəxəssisi Hörmət Balakişiyev, Masallı rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Mehman Zahidov və məktəbin şagird, valideyn və müəllim kollektivi iştirak etmişdir.

Masallı RPŞ-in Boradigah PB-nin rəisi polis mayoru Pərviz Məmmədov və  Masallı RPŞ-in YYÇPİTQ-nun  baş inspektoru polis kapitanı Samid Əliyev  “Narkotik vasitələrdən, psixotrop maddələrdən, onların qanunsuz  dövriyyəsindən  danışmışlar. Sonra narkotik vasitələrin səbəb olduğu fəsadlar haqqında videoçarxı şagirdlərə  nümayiş  etdirilmişdir.

Masallı RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Abbas Abbaszadə , Masallı rayonu üzrə Təhsil sektorunun əməkdaşı Hörmət Balakişiyev və digərləri erkən nikaha daxilolma kimi neqativ halların ağır nəticələrindən danışımışlar. Erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğu bir daha diqqətə çatdırılıb.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılmış, mövzu ilə bağlı sorğu keçirilmişdir.

Keçidlər