Boradigah qəsəbə ərazisində səyyar-görüş qəbul
22 iyun 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov rayonun Boradigah qəsəbə ərazisində vətəndaşların səyyar-görüş qəbulunu keçirmişdir.
Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin kənd sakinləri iştirak etmişdir.
İlk öncə Ulu Öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov səyyar görüş qəbulunu açaraq ərazinin iqtisadi göstəriciləri barədə məlumat verdi.
Səyyar-görüş qəbulunda çıxış edən vətəndaşlardan vətəndaşlardan Quliyev Nəcməddin Məmməd oiğlu, Hüseynov Elmurad Əlifəttah oğlu, Eyvazov Əlqəmə Sahib oğlu, Nəsirov Sabir Xalıq oğlu, Qasımov Bəhruz Məmi oğlu və başqaları Boradigah qəsəbə 2 nömrəli tam orta məktəbinə gedən yola asfalt döşənməsi, ərazidə telefon xətti və dirəklərinin yarasızlığı və internetin zəif olması, Boradigah qəsəbə sahə xəstəxanasında cərrahiyyə və doğuş şöbələrinin bərpa olunması, Boradigah qəsəbə 1 nömrəli tam orta məktəbində istilik sisteminin qurulması və s. məsələlər barədə müraciətlər etmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.