Böyük Xocavar kəndində evi yanan kənd sakininə xeyriyyəçilər dəstək olurlar
07 noyabr 2024-cü il tarixdə Masallı rayonunun Böyük Xocavar kəndində 1973-cü il təvəllüdlü Həsənova Şəlalə Əbülfəz qızına məxsus ümumi sahəsi 120 kv.metr olan fərdi yaşayış evində yanğın baş vermişdir. Yanğın nəticəsində evin 80 kv.metr hissəsi tamamı ilə yanmışdır.
Şəlalə Həsənova hazırda aztəminatlı ailə kimi minimum əməkhaqqı ilə Masallı rayon Böyük Xocavar kənd tam orta məktəbində xadimə isləyir.
Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yanmış evin təmiri üçün Böyük Xocavar kənd xeyriyyəçiləri tərəfindən yardım aksiyası başlanılmış, evdə olan yanan əşyalar və yanar konstruksiyalar təmizlənmiş, hazırda evdə hörgü işləri aparılır.
Kənd xeyriyyəçiləri tərəfindən ailəyə yardım aksiyası davam etdirilir və qısa zamanda evin bərpa olunması üçün bütün xeyirxah kənd sakinləri səfərbər olmuşlar.
Qeyd etmək istərdik ki, Ş. Həsənovanın həyat yoldaşı Talıbov Akif Abasqulu oğlu 2022-ci ildə infarkt keçirərək vəfat etmiş və 1 oğlu ilə həmin evdə yaşayırdı.