Dəfinə məktəb-liseyində narkomaniyaya qarşı mübarizə tədbiri
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 12 aprel 2023-cü il tarixdə saat 12.00-da Masallı şəhər “Dəfinə” məktəb liseyində “Müasir dünyada narkotiklərin qanunsuz dövrüyyəsi və narkomanlıq son dərəcə mürəkkəb ictimai və böyük bəladır. Dünyada bu bəla ən qorxulu, sağalmaz xəstəlik kimi ölçüyə sığmır və insanlara saysız hesabsız ziyan vuraraq mənəvi əzablar verir” mövzüsunda tədbir keçirilmişdir.
Tədbirdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun məsul əməkdaşı Quliyev Vasif Salman oğlu, Masallı RİHB-nin İctimai- siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Həsənov Nahid Valeh oğlu, RİHB-nin Hüquq şöbəsinin məsləhətçisi Bəhmənov Azər Daşdəmir oğlu, Masallı RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis polkovnik-leynenantı Əhmədov Mansur Nurəddin oğlu və Masallı rayonu üzrə təhsil sektorunun metodisti Mahmudov Əkbər Balaş oğlu müəllim və şagirdlər qarşısında “Narkotik vasitələrdən istifadə daha çox gənclər arasında yayıldığını, gənclərin narkomanlığa qurşanması onların təhsildən yayınmasına, yüngül həyat tərzi keçirtməsinə, sağlamlığlarının zərbə altında qalmasına səbəb olduğunu və dünyada hər il on minlərlə insanın bu bəlanın qurbanı cevrildiyi barədə geniş maarifləndirici çıxışlar edilmiş, müəllim və şagirləri maraqlandıran suallara cavab verilmişdir.