Dövlət İmtahan Mərkəzi tərəfindən Masallı rayonunda təlimlər keçirildi
23, 25 və 26 oktyabr 2023-cü il tarixlərdə Dövlət İmtahan Mərkəzi tərəfindən Masallı rayonunda “Münaqişələrin idarə edilməsi rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarəedilməsi və liderlik”, “Dövlətin əsasları dövlət qulluğuna dair qanunverciliyin tətbiqi” və “Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları” mövzularında təlimlər keçirilmişdir.
Təlimlərdə Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşları və rayonda fəaliyyət göstərən dövlət qurumlarının inzibati və yardımçı vəzifələrdə çalışan dövlət qulluqçuları iştirak etmişdir.
Belə ki, Dövlət İmtahan Mərkəzinin Psixoloji iş və maarifləndirmə sektorunun müdiri Xavər Dadaşova, Psixoloji iş və maarifləndirmə sektorunun böyük məsləhətçisi Sevinc Məmmədova, Səriştə və davranışların qiymətləndirilməsi sektorunun aparıcı məsləhətçisi Nazlı Abduləlimova, Psixoloji iş və maarifləndirmə sektorunun məsləhətçisi Leyla Süleymanova “Münaqişələrin idarə edilməsi rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarəedilməsi və liderlik” mövzusunda, Hüquqi təminat sektorunun müdiri Ülviyyə Bədəlova, Hüquqi təminat sektorunun aparıcı məsləhətçisi Cavid Cəərçiyev “Dövlətin əsasları dövlət qulluğuna dair qanunverciliyin tətbiqi” mövzusunda, Dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun müdiri Elnur Abbasov, Dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun aparıcı məsləhətçisi Gündüz Əhmədli “Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları" mövzusunda ətraflı məlumat vermiş və sualları cavablandırmışlar.