Şriftin ölçüsü :

Saytın rəngi :

Ələt-Astara avtomobil yolunda genişmiqyaslı təmzlik işləri 01.11.2025

01 noyabr 2025 | 15:12

Ələt-Astara avtomobil yolunun Masallı rayonundan keçən hissəsində mütəmadi olaraq təmizlik və abadlıq işləri həyata keçirilir.

Belə ki, 01 noyabr 2025-ci il tarixdə Ələt-Astara avtomobil yolunun Masallı rayonundan keçən hissəsində Masallı RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri və bələdiyyələr tərəfindən genişmiqyaslı təmizlik və abadlıq işləri aparılıb. Təmizlik çərçivəsində yol kənarları məişət və digər tullantılarından təmizlənib, həmçinin ərazidə alaq otlarının biçilməsi və qurumuş kolların yığışdırılması işləri görülüb.

Qeyd edirik ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd ekoloji vəziyyətin yaxşılaşdırılması və avtomobil yolu boyunca təmizliyin qorunmasıdır.

Masallı rayonunun bütün yaşayış məntəqələrində təmizlik və abadlıq işləri mütəmadi olaraq davam etdirilir.

Rayon sakinlərindən məişət tullantılarını yalnız nəzərdə tutulan yerlərə atmaları və rayonumuzun təmizliyinin qorunması xahiş olunur.

Keçidlər