Şriftin ölçüsü :

Saytın rəngi :

Əməkdar müəllimin yubileyi qeyd olundu

20 iyun 2022 | 20:11

20 iyun 2022-ci il tarixdə Masallı RİHB aparatının İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbaszadə, Türkoba kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Leyla Əzizova, Masallı Rayon Ağsaqqalar Şürasının sədr müavini Əyyub Mehtiyev və rayon Ağsaqqallar Şurasının üzvü Səyyad Quliyev Türkoba kənd sakini Əməkdar müəllim Qurbanov Qurban Gülağa oğlunun anadan olmasının 80 illik yubleyi münasibəti ilə onunla evində görüşmüşlər.

Masallı RİHB aparatının İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbaszadə Qurban Qurbanova təhsil sahəsində çoxillik səmərəli fəaliyyətinə görə və anadan olmasının 80 illik yübleyi münasibəti ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısının təbrikini çatrıraraq, ona Rayon İcra hakimiyyəti Başçısının “Fəxri fərman”-nı təqdim etmişdir.

Qurbanov ona göstərilən diqqət və qayğıya görə Masallı Rayon İcra Hakimiyyətinin başçısına öz minnətdarlığını bildirmişdir.

Keçidlər