Şriftin ölçüsü :

Saytın rəngi :

"Erkən nikah və onun fəsadları" mövzusunda dəyirmi masa

19 mart 2024 | 13:49

19.03.2024-cü il tarixində Masallı rayon Heydər Əliyev Mərkəzində Masallı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin yanında yaradılmış Uşaq Səfirlər Məclisinin regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Erkən nikah və onun fəsadları" mövzusunda dəyirmi masa təşkil edilmişdir.  

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Tədbirdə Masallı rayon İcra Hakimiyyətinin əməkdaşı Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi – psixoloqu  Aybəniz Novruzova, Uşaq Səfirlər Məclisin regional nümayəndələri Nizami Gəncəvi adına Boradigah qəsəbə 1 saylı  tam orta məktəbinin şagirdi Mədinə İsrafilova, Masallı şəhər Dəfinə liseyinin şagirdi Nuray Musayeva çıxış edərək, erkən nikahların qarşısının alınması üçün maarifləndirmə işlərinin uşaqlar və şagirdlər arasında aparılmasının vacibliyini bildirmişlər.   

Müzakirə xarakterli tədbirdə Masallı şəhər Dəfinə liseyi, N.Gəncəvi adına Boradigah qəsəbə 1 saylı, İ.Nağıyev adına Boradigah qəsəbə 2 saylı tam orta məktəbi və Dəmirçi kənd ümumi orta məktəbinin şagirdlərindən Uşaq Səfirlər Məclisinin regional nümayəndələri tərəfindən seçilmiş  20 nəfər region fəalı iştirak etmişdir.

Keçidlər