Şriftin ölçüsü :

Saytın rəngi :

“Erkən nikaha yox deyək!” mövzusunda maarifləndirici tədbir

01 dekabr 2022 | 19:52

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyi, Masallı Qadın Resurs Mərkəzinin birgə təşkilatçılığı ilə “Erkən nikaha yox deyək!” mövzusunda maarifləndirici tədbirlər davam edir

Budəfəki görüş Masallı şəhər 4 saylı Digah tam orta məktəbinin şagirdləri ilə keçirilib.

Tədbiri giriş sözü ilə açan Masallı Qadın Resurs Mərkəzinin koordinatoru Nərgiz Muxtarova çıxışında dövrümüzün aktual problemlərindən biri olan erkən nikahın səbəbləri, qızlarda yaratdığı fiziki və psixoloji fəsadlardan, təhsildən yayınma hallarından danışıb.

Erkən nikahın fəsadları, nikaha məcbur edilən qızların gələcək ailə həyatlarında yaranan problemlər barədə geniş məlumat verən Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin direktoru Aynur Tağıyeva çıxışında gənclərə bu kimi hallardan uzaq olmalarını tövsiyyə edib. Həmçinin o, şagirdələrə belə hallarla qarşılaşdıqda müraciət edə biləcəkləri qurum və platformalar haqqında məlumat verib.

Hüquqşünas Yadigar Mirzəyev erkən nikaha cəlb olunmuş qızların qarşılaşdığı problemlərdən, hüquq pozuntularından söhbət açıb.

Erkən nikahın insanlarda yaratdığı psixoloji pozuntulardan, stereotiplərin təsirindən, fəsadların aradan qaldırılması hallarından danışan psixoloq Fərrux Əliyev gənclərə suallar ünvanlayıb həmçinin onların suallarını cavablandırıb.

Keçidlər