Şriftin ölçüsü :

Saytın rəngi :

"Erkən nikahın fəsadları "mövzusunda maarifləndirici tədbir

22 fevral 2024 | 17:18

22 fevral tarixində Masallı Dövlət Regional Kollecinin tələbələrinin iştirakı ilə Masallı Gənclər Evində "Erkən nikahın fəsadları "mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

İlk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Masallı rayon İcra Hakimiyyətinin nümayəndəsi Aybəniz Novruzova, Masallı Dövlət Regional Kollecinin direktor müavini Dilarə Hüseynova, Masallı rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, Din və Qadın Hüquqları İctimai Birliyinin sədri Tünzalə Qardaşova və Bioloji Təbabət klinikası Masallı filialının klinik-psixoloqu Nigar Pənalıyeva çıxış etdilər.

Çıxışçılar erkən nikahın fərdin psixoloji və fizioloji cəhətdən inkişafına mənfi təsirlərindən, fiziki və mənəvi baxımdan öz inkişafını tamamlamayan qızların ailənin idarə olunmasında çəkdikləri çətinliklərdən, həmçinin erkən nigaha məruz qalan qızların təhsildən uzaqlaşması nəticəsində cəmiyyətdən kənar qalmalarından və erkən nigah mövzusunda maarifləndirmə məqsədi ilə təşkil olunan tədbirlərin keçirilməsinin vacibliyinindən danışdılar.

Tələbələri maraqlandıran suallar cavablandırıldı.

Keçidlər