“Ərkivan” (Masallı) FK ölkə birinciliyini üçüncü yerdə başa vurdu
06 iyul 2023 | 17:43
Azərbaycan Həvəskarlar Futbol Federasiyasının XXIV ölkə birinciliyi çərçivəsində Masallı rayonunu təmsil edən “Ərkivan” futbol klubu yeni mövsümü üçüncü pillədə başa vurub.
“Ərkivan” FK birinciliyin üçüncü yer uğrunda görüşü çərçivəsində iyulun 2-də səfərdə - Bakı şəhərindəki “ASKO Arena” stadionunda yerli “Gənclər” FM ilə qarşılaşıb.
Gərgin mübarizə şəraitində keçən oyunun ilk hissəsində bərabərlik (2:2) yaşansa da fasilədən sonra Masallı futbolçuları üstülüyü ələ alıblar. Oyun “Ərkivan” FK-nın qələbəsi ilə qurtarıb – 4:3.
Beləliklə, “Ərkivan” (Masallı) FK həvəskarlar liqasında Azərbaycan birinciliyinin bürünc medalına sahib olub.