Gələcəyimizi və həyatımızı korlaya bilən hallarla mübarizə mövzusunda tədbir
Masallı Tarix -Diyarşünaslıq Muzeyi və Dini Qurumlar iş üzrə Dövlət Komitəsi Masallı bölgəsi üzrə şöbənin birgə təşkilatçılığı ilə B. Şiriyev adına Mollaoba kənd tam orta məktəbində “Gələcəyimizi və həyatımızı korlaya bilən hallarla mübarizə” başlıqlı tədbir keçirildi. Tədbirdə məktəbin müəllim və şagirdləri iştirak etdilər.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Muzeyin direktoru Əntiqə Tağıyeva , Dini Qurumlar iş üzrə Dövlət Komitəsi Masallı bölgəsi üzrə şöbənin müdiri Elvin Hüseynli cəmiyyətdə insanlığa ziyan verən bütün hallara qarşı mübarizə aparmaq, erkən nikahın fəsadları, informasiya, narkotik vasitələrin zərərli tərəfləri haqqında geniş məlumat verərək yeniyetmələrə cəmiyyətdə dözümsüzlük mühitinin yaradılması ilə bağlı tövsiyələr verdilər.
Daha sonra məktəbin direktoru Dilşad Məhərrəmova yeniyetmə və gəncləri cəmiyyətə, ictimai mühitdə adaptasiya olduqları zamanda onlara zərər ola bilən və gələcək həyatları ilə yanaşı ətrafdakılara da pis təsir edə bilən bütün zərərli vərdişlərdən qorunmaqda valideyn, məktəb birliyinin olması vacibliyindən danışdı.
Yekunda şagirdlərlə mövzu ətrafında sual-cavab xarakterli diskussiya aparıldı.