“Gənclər və narkomanlığa qarşı mübarizədə marifləndirmə işinin təşkili” mövzusunda təlim
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyində “Gənclər və narkomanlığa qarşı mübarizədə marifləndirmə işinin təşkili” mövzusunda təlim keçirilib.
Təlim Azərbaycan Respublikasının Gənclər Fondu və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu arasında imzalanmış tədbirlər planına müvafiq olaraq keçirilib.
Təlimdə GİKM-in Masallı nümayəndəliyinin gəncləri, Masallı Heydər Əliyev Mərkəzinin əməkdaşları və Masallı Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları iştirak edib.
“Gənclər və narkomanlığa qarşı mübarizədə marifləndirmə işinin təşkili” mövzusunda keçirilən təlim zamanı Dövlət Komissiyasının İşçi qrupunun sektor müdiri Raqif Allahverdiyev iştirakçılara narkomaniyanın zərərləri, narkomaniya ilə mübarizə, həmçinin zərərli vərdişləri olan insanlara dəstək göstərmək və kömək etməyin yollarından söhbət açıb.
Qeyd edək ki, tədbirlər planına əsasən, təlimlər mərhələli şəkildə respublikamızın bütün rayonlarında keçiriləcək.