Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyində Təlim keçirilib

29 iyun 2022 | 19:13

GİKM-in Masallı nümayəndəliyinin təşkilatçılığı ilə  nümayəndəliyin direktoru, beynəlxalq dərəcəli təlimçi Aynur Tağıyevanın təqdimatında “Təhsil və Karyera” mövzusunda keçirilən təlimdə “Təhsilin növləri”, “Təcrübə əsaslı təhsil”, “KOLB öyrənmə modeli”, “Karyera üçün təhsil” mövzularından danışılıb.

Açıq havada keçirilən təlimdə gənclər öyrəndikləri mövzuları enercayzer və komanda işləri ilə təcrübədən keçiriblər.

Qeyd edək ki, təlimlər tədbirlər planına əsasən silsilə olaraq davam etdiriləcək.

Keçidlər