Göyəçöl kəndi ərazisində səyyar görüş-qəbulu
Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin kənd sakinləri iştirak etmişdir.
İlk öncə Ulu Öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov səyyar görüş qəbulunu açaraq ərazinin iqtisadi göstəriciləri barədə məlumat verdi.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Yeni həyat” qəzetinin və eyni adlı saytın Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki, səyyar-görüş qəbulda çıxış edən vətəndaşlardan Abıyev Niyaz Hənifə oğlu, Niftiyev Heybət Yolu oğlu, Əsədov Bəybala Əsədulla oğlu, Nəsirov Musabala Bəhlul oğlu, Abasov Vəlican Abas oğlu, Əsgərov Asif Mövsüm oğlu, Eynullayev Məmmədyar Xanəli oğlu, Hüseynli Murad İmamyar oğlu və başqaları ərazidə köhnə elektrik təsərrüfatının yenilənməsi, müasir təhsil sistemi, rabitə xətlərinin bərpası, internetin zəif oilması, qohumlar arasında mübahisə, kəndin meşə zolağında ziyanvericilərə qarşı dezinfeksiya işlərinin aparılması, Viləşçay Su Dəryaşası İstismar idarəsi kollektivinin cari ildə keçən ildəkindən (8 milyon kubmetr olub) daha çox — 22 milyon kubmetr çox su yığıldığı, polis işçilərinin və Mərkəzi Rayon Xəstəxanasının yaxşı işi, gənc vətəndaşın iş istəməsi, Masallı rayon rəhbərinin kadrların düzgün yerləşdirilməsi və hüzr sahiblərinə başsağlığı məmnunluğu və s. məsələlər barədə müraciətlər etmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.