Şriftin ölçüsü :

Saytın rəngi :

Güləş üzrə ilk U-15 ölkə çempionatının qalibləri sırasında Masallılı da var

10 iyun 2022 | 19:38
10 iyun 2022-ci il tarixdə də Bakının Şağan Olimpiya İdman Kompleksində güləş üzrə ilk U-15 Azərbaycan çempionatı davam edir.  Burada keçirilən güləş üzrə U-15 Azərbaycan çempionatının üçüncü günündə beş çəkidə qaliblər müəyyənləşib.

Məlumat üçün bildirək ki, Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş yarışın üçüncü günündə yunan-Roma güləşi üzrə beş çəkidə qaliblər müəyyənləşib.

 Şağan Olimpiya İdman Kompleksində güləş üzrə ilk U-15 Azərbaycan çempionatının qalibləri sırasında Masallıdan olan 44 kiloqram çəki dərəcəsində Əmrah Əmrahov da vardır. Həmyerlimizlə bərabər yerdə qalan yerlərin qalibləri belə müəyyənləşib: Əli Sucayev (38 kq, Sumqayıt-Təhsil), Ayxan Cavadov (52 kq, Abşeron), Cavad Məmmədov (62 kq, UGİM-9), Orxan Hacıyev (75 kq. Spartak-Lənkəran).

Qeyd edək ki, iyunun 10-da son beş çəkidə qaliblərin adına aydınlıq gələcək.

Keçidlər