Güllütəpə ərazisində ağacəkmə kampaniyası keçirildi
10 mart 2024 | 12:28
Masallı rayonunun Güllütəpə ərazisində Masallı Rayon İcra Hakimiyyəti Başçısının Güllütəpə kənd inzibati ərazi dairəsi üzrə nmüayəndəliyinin təşkilatçılığı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” lahiyəsi çərçivəsində ağacəkmə kampaniyası keçirilmişdir.
Kampaniya çərçivəsində nümayəndəlik, bələdiyyə və ərazi sakinlərinin iştirakı ilə Güllütəpə-Köhnə Alvadı kəndləri arasında olan yolun kənarlarına ümumilikdə 75 ədəd göyüş ağacı əkilmiş və ağaclara xüsusi qulluq olunmuşdur.